- Bayrağı sancın, bayrağı asın, - deye mehelle ajanı elindeki çubuğu açıq dükanların qapılarına vurub keçirdi, Ona göre çubuğu işe salırdı ki , emri tesirli çıxsın, dükançılar bayraqları asmaqda yehlenkarlıq elemesinler.

Bu ajanın elinde hemişe çubtıq olardı. Yolda dalaşan görseydi, onları çubuqla vurub aralardı:

- Gedin yolunuzunan. Pul cibinizi delmesin, artıq pulunuz var, gedin kelle-paça yeyin, be deninize qüvvet olsun. Başınız da bedeninize ağırlıq elemesin. Yoxsa çekerem batumi, düşerem canınıza. - Bu zaman elini böyründen asdığı rezin şallağa atardı; ancaq onu açıb işlelmekde tenbellik eder çubuqla kifayetlenerdi.

O, Orta boylu anq bir kişi idi. Amma boğazdan çox nergardı . Sesi maşın fiti teki gur çıxardı. Eşidenler esebileşer, üz-gözlerini turşudardılar . Dükançilar onun zelıletöken" sesini eşilmemek üçün lez-lelesik emrini yerine yelirirdiler. Be'zileri maraqlanıb soruşardı:

- Ajanbaşı, ne üçün asırıq ba bayrağı?

Ajanbaşı sesini dalıa da ucaldaraq: - Zehrirmar üçün, çer üçün. Men ne bilim? Sene emr eleyirler: As o andın xarabanın qabağından, sen de emre emel ele. Daha burada artıq-eskik danışmaq islemez.

Ancaq o, tez yumşalar, qelbinde kin-küduret saxlamazdi. Açığı soyuyandan sonra üzünü sual veren dükançıya tutub mülayim sesle izah etmeye başlardı:

- Menden soruşanda ovqatım telx olur. Böyükler meni çağırıb bir emr verende axı men onlardan soruşmuram ne üçün, neden ötrü neyime lazımdı xeber alam? Onu bilirem ki, sebebsiz it hürmez.

Ajanbaşı uzaqlaşandan sonra dükançılar onun dalınca baxıb sözlerine her kes öz bildiyi kimi qiymet vererdi. Biri deyerdi:

- Bizim mehellede iki zeber tuluğu varsa, biri bu ajandı.

Diğeri e'tiraz ederdi:

- Başqalarına baxanda buna min şükür. Bu sohbetlerden bele me'lum olurdu ki, ajanbaşı ne pis adamdı, ne de yaxşı. Amma bunu da bilirdiler ki, emri yerineyetirmeyenlerle o, pis reftar edecekdir...


Ajanbaşı ettar dükanının qabağında dayandı. Dükançı nerdibanla yuxarı dırmaşıb, refde neşe axtarırdı. Ajan bu dükançı ile başqaları kimi qaba reftar elemedi. Gibinden siqar çıxarıb yandırdı, bir-iki qüllab vurub gelişini bildirmek üçün bir nece defe öskürdü, burnunu destmalla temizleyib asqırdı, Nebayet salam verdi, Dükançı ele bil ne onu gördü, ne de sesini eşitdi, betta salamını da almadı. Ajanbaşı ucadan dillendi:

- Meşedi, necesen? Ne eleyirsen orada? Bilirem, üreyinde deyeceksen ki, zehletöken oğlu zehletöken yene geldi.

- Bilirem ki, xeyirliye gelmeyibsen, - deye dükançı onun üzüne baxmadan dodaqaltı mızildadı ve refdeki şaselerin tozunu temizlemekle meşgul oldu.

Eğer başqa dükançılar bele hörmetsizlik eleseydiler, ajanbaşı onların tükünü yolub yele vererdi. İndi ise özünü saxlayıb mülayimliyini pozmadı:

- Meşedi Cavad, Allah senin öz bayrağını uca eylesin. İndi veten bayrağını da as dükanın qapısından, qoy bu gün o da yellensin - Meşedi Cavadın yene de ona ehemiyyet vermeyib sesini çıxarmadiğmı görende özünden çıxıb sesini ucaltdı.

- Sennen deyilem, eşitmirsen, kişi? Bayrağını as, men de gedim işime, gücüme.

- Eşitdim. Yaxşi asarıq da. Get, qoy işimizi görek.

- "Asarıq" yox, getir as. Seni yaxşı tanıyıram. Bu saat getir as, qurtarsın getsin.

Dükançı nerdibandan ene-ene acıqla dillendi:

- Ne qır-saqqız olub yapışmısan bizden? Dedim ki, get, asaram.

- Hökmen as, meşedi. Bir azdan qayıdıb yoxlayacağam. - Ajanbaşı çubuğunu ettar dükanının qapisına vurub keçdi. Bir az sonra dukana bir qız gelib dedi:

- Emi, nenem buyurdu ki, öskürürem, çahar toxum versin.

Dükançı bir ence şüşeden cürbecür bitgi toxumları götürdü, bir varaq kağıza töküb qarışdırdı. Kağızı büküb sapman sarıya-sariya, öz dava-dermanını te'rifledi:

- Bizim yerlerin bitgileri can dermanıdır. Bu buzovşa toxumunu özüm yaylaqda dağların e leyinden, arxların qırağından yığmışam. Toxumunu görürsen nece temizdi. E'ladı, e'la.

Meşedi Cavad toxumları qıza verib elave eldi:

- Nenene deyersen,bunları südün içine Löküb qaynatsın, günde üç defe içsin. Sinesini pambıq teki yumşaklar, belgemin! temizler... Bir de eğer mümkünü varsa, yarım ponza bal alsın, seher-seher bir-iki qaşıq ac qarına yesin, He, bir de nenene de ki, zehrimar qelyanı az çeksin, besdi. O qara tenbekide ne görüb, peyder-pey çekir.

Qız gedenden bir qeder sonra ajanbaşı qayıdıb ettar dükanının qapısında dayandı. Bu defe çox qaş-qabaqli idi, üzünü dükançıya tutub acıqla qışqırdı.

- Hanı senin bayrağın, meşedi? Bu boyda hökümet me'murunu bileyine dolayırsan?

Meşedi Cavad güle-güle cavab verdi:

- Ay baba hökumet bu boyda milleti bileyine sarıyır, ne olur ki, men de senin kimi birini dolayanda ne ola?

Sonra sesi dddileşdi:

- Bayrağım yoxdu, sesini ne salıbsan başına. Öldüreceksen buyur öldür. Bir de öz işimdi-isterem asaram, istemerem asmaram. Heç kese dexli yoxdu.

- Ağaye Meşedi Cavad, deli-deli danışma. Senin ne ixtiyarın var ki, bayraq asmayasan? De görüm sen bizim şahın reiyyeti deyilsen? Yoxsa ayrı dövletin bayrağı altına giribsen?

Dükançı acıqlı-acıqlı ona baxıb ah çekdi:

- - Ay axmaq başqa dövletin bayrağı altına Ajanbaşı teeccüble gözlerini bereltdi:

- Meşedi, bir çöle çıx, gör, xiyabanlar nece gözel bezenib, dükanlar ele bil sağsağandı. Maşallah, göz deymesin, namxuda, deyib- dükançının qolundan yapişdı, onu bayıra dartdi.


Meşedi Cavad rengi solmuş, ortasını, qıraqlarını siçan yemiş köhne bayrakları me'nalı baxışlarla süzüb istehza ile dedi:

- Görürem, ağaye ajanbaşı, bayraqların hamısını rengi senin kimi solubdu.

Ajanbaşı dükançının sözlerini zarafata salıb", elini onun çiynine qoydu:

- Meşedi, sen ağıllı adamsan, - dedi - başa düşensen. Bizim boynumuzda da haqqın var. Hemişe sene işimiz düşüb. Batmanla dava-dermanını hem uşaqlar yeyib, hem de özüm. Pulum ol mayanda senden elborcu almışam, meni darda qoymayıbsan. Daşı tök eteyinden, başqaları kimi köhne eskiden zaddan keçirt bir balaca ağacın başına, as dukanın qabağmınan. Ay pir olmuş, bayrağın sene ne zereri olacaq. Arpa istemir, yaman istemir. Birini al at dukanın bir güncüne lazım olanda çixart vur dukanın qapisına. Men de gelende ne senin qanın qaralsın, ne de menim. Dükançı yene derinden ah çekdi:

- Ajanbaşı, sen de yaxşı adamsan. Amma nece deyerler, toyuq bir qıçlıdı ki, bir qıçlidı. İster menden inci, ister incime, men bayraqsız yaşayacağam. Düzü bele şenliklerde bayraq asmağa üreyim gelmir. Özümden deyil ki...

- Bu olmadı. Dostluğumuz pozulacaq. Yaxşı bilirsen ki, bu gün şehenşahun tevellüd günüdür, ona göre de seheri bezemek lazımdı. Emr beledi. Men buyuruq quluyam, ağa deyir sür dereye, sen de sür dereye. Getdin gördün bir seherde hamı gözü qipıqdıb, sen de ol gözüqıpıq da.

- Yox men ola bilmerem... Axi, bir meni başa sal görüm, onun ki, şenine bayraq asırıq, hansı acların, kasıbların qarnını doyurur, hangi killere paltar verir?.. Her il bu zaman dövlet xezinesine ber-bezeye ne qeder xerc gedir? O pullarınan merizxana tikdirse, davaxana açdırsa pis olar. Senin kimi kasıblar da menim ot-elet"ime rnöhtac olmazlar... He, de görüm düz demirem?

Ajanbaşı derin fikire getmişdi. Dükançının sözleri ele bil onu yuxudan oyaldı. Başını qaldırıb asladan dillendi:

- Cavad ağa fermayişin düzdü. Ele danışırsan ki, men mat qalmışam. Deyirem, göresen bu sözleri deyen sensen? Fikirleşirem ki bu düz sözleri haradan fikirleşib çıxardırsan? Düzün de görüm, kommunist-zad deyilsen ki? Bize tapşırıblar ki, onlarınan durub-otturmayaq. Onlar Allahsızdırlar, ele danışırlar ki, adamı tez yoldan çıxarırlar.

Ajanbaşı elini üzüne çekib salavat çevirdi, sonra sesini ucaltdı:

- Meşedi, meni yoldan çıxarda bilmezsen. Şeytan qelbime soxula bilmez. Men dövlet memuruyam, onun çöreyini yeyirem. Yüz dene senin kimisi olsa meni azdıra bilmez yolumdan.

Dükançı ona baxıb ürekden gülürdü. Bunu gören ajanbaşı da qeyri-şuuru42 ona qoşulub, sal-laq43 bağlarım terpedib hırıldadı:

- Meşedi Cavad, - dedi - bir yana baxanda doğru buyurursan. Bu temteraq neye lazımdı? Sözün qüvveti, bu ber-bezekden hansı acın qarnı doyacaq, hansı bekarlara iş olacaq?.. - Özü-öz sualından hürkmüş kimi celd ahengini deyişdi.

-Yox, yox, Cavad ağa meni allada bilmezsen. Mene ajanbaşı deyerler. Men ölüm, bir buna bax, gör kimin ayağının altında yatır? Bura bax, sene deyirler: vessalam.

Dükançi laqeyd cavab verdi:

- Yoxumdu, olsa da asmayacağam bu bayramda, Vessalam.

- İndi ki, aşınırsan, buyur gedek reisin hu zurunda cavab verersen. Düş qabağıma.

- Getmirem.

- Ele gedeceksen ki, lap yüyüre-yüyüre. Ajanbaşı dükançıya hücum eledi. Tutuşdular.

Uzun deyişmeden sonra dartişma başlandı. Ses-küye gelen qonşu dükançılar ajanı dile turdular. Lakin o, cin ahna minmişdi, düşmek istemirdi. Hetta, cibine pul da saldılar. Amma ajanbaşı tutduğunu buraxmırdı. Eslinde o, fikirleşdi ki, dükançılar onu ele vererler. "Bu baqqal tayfasına inanmaq olmaz, cin-şeytan kimi şeydiler, İsmiezem duası oxuyub meni tora salarlar. Yaxşisı budur ki, qollarına destebend vurub, onu nahiyeye aparım".

Bu fikirle de dükançıya dedi:

- Meşedi Cavad ağa, ellerin qabağa uzad, destebend vuracağam. Düzü qorxuram qaçasan.

Meşedi cavad ucadan güldü:

- Onsuz da qollanmız bağlı, ayağımız da cadarlıdır. Buyur, ağaye ajanbaş.

Bu sözleri deyib ellerini ireli uzatdı.

Ajan dükançının ellerini qandallayıb onu nahiyeye getirdi.

Polis idaresinin qapısından iki e'la Kirman gebesi asılmışdı. Meşedi Cavad diqqetle baxıb üreyinde onlara qiymet qoydu. Gözel xalılardı, heyif ki, onları buradan asıblar. Qapının başında tevellüd sahibi şahın sekili vurulmuşdu. Onlar içeri girdiler. İdarenin heyeti de sulanıb süpürülmüşdü. Ancaq heyetin dibinde, eyvan altındaki zir-zemiden ürek bulandırıcı ufunet gelirdi. Meşedi Cavad oraya baxanda demir şebekeli pencerelerin arxasında dayanıb solgun gözlerini ona zillemiş dustaqları gördü. Simalarından qezeb ve keder yağırdı. Ajanbaşı dükançının qabağina salıb pillekenden yuxarı çıxardı. Burada eyvanın sürahısına söykenib siqaret yandırdı, dustağa da teklif eledi. Meşedi Cavad arxasını ona çevirdi.

Ajanbaşı siqareti sümürüb hemişe bu pilleleri nece yüyüre-yüyüre çixdığını xatırladı. Onun işi olmayanda, yeni reis başqa yere memuriyyet tapşırmayanda ajan heyete düşüb temizlik aparırdı. Bu zaman reis eyvana çıxıb onu sesleyirdi: "Heyetde ne küllenirsen"? Gel bura. Bedo. Bedo. Yüyür, yüyür. Gör ha. Ele bil ölü bitdi" - deyirdi. Ajanbaşı özünü zirek göstererek az qala quş kimi uçurdu. Üreyi'ağzından çıxsa da, gerek pillekanı bir nefese qalxıb özünü reisinin yanına salaydı.

Be'zen ayağı pillekana ilişib sürüşür, o, imekleye-imekleye qalxırdı. Tövşiye-töyşiye reisin qarşısında dayanıb gözlerini ona tikirdi. Hemişe özüne teselli verib deyirdi: "Onlar böyükdü, bizse balaca adamlarıq. Aşağı vezifeli me'murlar özlerinden ucaların emirlerini fövri icra etmelidirler. Yoxsa bizi tenbel adlandırıb işden qovarlar..."

Be'zense üreyinde reisi söyürdü: "Evini Allah yıxsın. Heç yazığı gelmir mene. Nainsaf oğlu, nainsaf. Allanın altında bir saatlığa men senin yerinde, sen de menim yerimde olaydın. Men seni belece pillekanı yüyüre-yüyüre çixartdırardım. Onda dadını bilerdin".

Gözetçisinin xeyala getdiyini gören dustaq ös-kürdü. Ajanbaşı diksinib qeyri-ixtiyari dillendi:

- Bayraqsız yaşamağı indi reis sene gösterer, meşedi. Bizim reis tezedi. Allah göstermesin. Şümür oğlu, Şümürdü. Bir damcı rehm yoxdu qanında.

- Gözünün odunun bele alıb? - dükançi aja nın çuxura düşmüş gözüne baxdı.

Bu zaman reis otaqdan çıxdl. Ajan onu görüb eşitdirmek üçün sesini ucaltdı:

- Artıq-eskik danışma, kişi. Bayraqsızsan, vessalam. Mene borç deyil. Xahiş eleme. O - reis, o da - sen. Reis biler, sen bilersen. Daha menim işim yoxdu. Menim borcum quşu tutmaqdı, qefese salmaq onun borcudu.

Reis onlann yanma gelende ajanbaşı elini gic-gahma qoyub ayaqdarın cütledi ve tez-tez danışaraq me'lumat verdi:

- Qulluğunuza erz olsun, cenabi reis, bu ağa indiye kimi bayraqsız dolanır.

- Neee! Bayraqsiz? Getir görüm.

Reis ters-ters dükançıya baxdı. Onlar sıraya düzülüb reisin ardınca onun otağına daxil oldular. Reis öz yerini tutdu. Dükançi onun qabağında oturdu. Ajan da dustağın başı üstünde dayandı.

Meşedi Cavad evveller de bayram günlerinde bayraq asmadığı üçün bu otağa getirilmedi. Hemin stulda eyleşib gözlerin reisin üzüne zillemişdi. Onun nesihetlerinî dinlemiş, danlaqlarını yemiş, axırda da cerimesini verib getmişdi. İndi otağa göz gezdirdi. Bütün müxellefat köhne idi, birce reisden savayı. Bu otağın teze sahibi de köhne reis kimi papağını pencereye qoymuşdu. Dustağin nezeri onun başı üstünde divardan asılmış şahın sekiline tikilende reis gözlerini dükançının üzüne zilleyib barmağı ile aram-aram mizi tıqqıldıldı. Ele bil, sözünü hardan başlayacağım axtarırdı. Nehayet, nitqe başladı:

- Kişi, de görüm, ne vaxta qeder bizimle qoz- qoz oynayacaqsan? Niye indiye qeder bayraqsız gezirsen? Eşitdiyime göre bayrağımızdan küsübsen. ayıb deyil senin üçün? Men ömrümde eşitmemişdim ki, adam bayraqsız olsun. Bayraqsız adam pasportsuz kimi bir şeydir. Hele de görüm sicillin var?

Dustaq dinmez-söylemez pasportunu çıxardıb mizin üstüne qoydu.

- Allaha çox şükür olsun sicillin var. - Reis mezemmete başladı.

- Ay kişi, sen bu camaatdan artıqsan, beyem? Daha besdi. Ağlını yığ başına. Çitden-zatdan al bir bayraq qayır. Eziz günlerde, bele-bele bayramlarda vur dukanın qabağına. Özün bilirsen ki, dost var, düşmen var. Onları üstümüze güldürme. Gelen qonaqlar eşitse ki, bizim ölkede bayraqsiz adam var, bilirsenmi ne qiyamet qopar... Hele bir de görüm sen köyneksiz yasaya bil ersenmi?

Dükançi açıq-aydın görürdü ki, reisin ondan temennası var, ona göre bele yumşaq danışır.. Bilirdi ki, pulunu alıb onu buraxacaq. Ona göre de sakit-sakit cavab verdi:

- Çetin olar, ağaye reis, amma naelac qalanda ömürlerini lüt başa vuranlar da az deyil ölkemizde.

- Sözümün esi canı bundadır ki, bayraq devletin can köyneyidi. BiJdin? Bu köyneyi sen saxlamalısan, men saxlamalıyam.

- Cenabe reis, sen deyen köyneyi çoxdan soyundurublar.

- Ne?..

Reis evvelki kimi yene barmaqları ile mizi döydü. Gözünü bereldib ucadan soruşdu:

- Soyundurublar? Kim soyundurub? Qeribe mezeli kişisen? Bu ne sözdü deyirsen, meşedi?

Meşedi Cavad temkinini pozmadan:

- Hamınız meni danlayırsınız ki, niye bayraqsızam. Amma sebebini soruşmursunuz. İndi danışım qulaq asın.

Dükançi köks ötürüb fikre geldi:

- Cavanlığımda serbaz düşdüm, nece de-yerler, men de vetene borcumu vermeye getdim. Boyum uca olduğundan meni perçemdar elediler. Herbi bayrağı mene tapşırdıqları üçün sevinirdim. Bayramlarda bayrağı tek elli tuttub göye qaldırırdım. Qoşunun qabağı ile şişe-şişe gedirdim. Men ele hevesle, şövqle gedirdim ki, hamının gözü önünde qalırdı. Unvanıma te'rifler de-yirdiler: "Beh-beh. Maşallah, görün nece şestli cavandı. Bayraq lap boyuna biçilib... " Beli ser-leşkerin de "Aferin" -i mene qismet olmuşdu. Gece-gündüz arzulayırdım ki, her gün bayram olsun, hökmdar da günde anadan doğulsun, biz bayram keçirek, men de bayraq götürüb onun huzurundan keçim... Bir gün ses yayıldı ki. Amerikanın qoşun böyüklerinden biri bizim serbazxanaya baxmağa gelecek. El-ayağa düşdüler. Serbezxananı süpürüb temizledik. Gözümüzü deşen, burnumuza giren milçeklere hücum eledik, hörümçekleri qırdıq. Üstümüze salman köhne, bitli yorganları deyişdiler, elden düşmüş libasları tepelediler. Ne başınızı ağrıdam, amerikalı ağaların gelmesi şerefine serbazxananın qapısında nüsret tağı qurdular. Onu en gözel xalılarla bezediler. Bu işe Amerika efserlerinden biri başçılıq eleyirdi. O, öz bayraqlarını bizimkinden yuxarıya vurmuşdu. Hemin nüsret tağını tamaşa eleyende mene ele göründü ki, bizim bayraq yetim uşaq kimi boynunu büküb başım aşağı salibdı. Amerikanınkı ise ucada yellenirdi. Nağıllarda eşitmişdim ki, qedimde ordular müharibede ölke feth eleyende öz bayraqların qala burcunun en uca yerene sanallar. Bes qonaq adı ile ölkemize gelen amerikanlar neye bele eleyirler? Men bu şirden baş açmadım, çünki, siyasetden başım çıxmır.


Meşedi Cavad yorgununu almaq üçün bir qeder dayandı, nefesin derdikden sonra sözüne davam eledi:

- Cenabı reis, bayraqlara baxdıqca üreyim ağrıdı, qanım cuşa geldi. Öz-özüme dedim: "Ey xanexarab ne yatıbsan? Axı biz serbaz düşende and içmişik ki, vetenimizin ve bayrağımızın şerefini qoruyaq. İndi ise gözüm baxa-baxa bayrağımı tehqir eleyirler. Bele de bişereflik olarmı?.. Heç bilmedim, ne vaxt quş teki Nüsret tağının başına qalxdım. Celd bayraqların yerini deyişdim, amerikalılarınkını açıb vurdum bizimkinden aşağı. Deme, üstümüzde duran amerika efseri bunu görürmüş. Kafir oğlu kal ir, qanadlı ilan kimi har-dansa uçub geldi, durdu tağın qabağında. Işare-eledi ki, bayraqların yerini deyişim. Men de işare ile onu qandırdım ki, yox, yeri indi yaxşıdı, bizimki sizinkinden ucada olmalıdı, çünki bura bizim ölkemizdi. O, ne qeder işare eledise, men mehel qoymadım. Bir de gördüm özünden çıxıbdı. Oişqıra-qışqıra belinden öküzöldüren tapançaynu çıxardı. Men ucadan dedim:

- Qoy ne olursa olsun, qoymaram bayrağımızı aşağı salsın.

Birden ele güruhu qopdu ki, ele bildim göy uçdu. Gözümü açanda gördüm ki, şahenşahın sekili tağın üstünden qopub düşüb yere. Sen deme, gülle ona deyibdir. Amerika efseri üstüme cumub yaxamdan tutdu, meni vurmaq isledi. Amma serbaz yoldaşlarımın qezebli baxışlarını görüb ellerini saldı yanına. Menim üzüme baxıb neşe mırıldandı. Serbazlara emr eledi ki, bayraqların yerini deyişsinler. Meç kes yerinden terpenmedi. Axırda özü nerdivan qoyub Nüsret tağının başına dırmaşdı. Senger alan efserler kimi lovğalanaraq öz bayrağını yene de evvelki uca yerine, bizimkinin üstüne sanalı. Ele bildim o bayrağın sapını qelbime taxdı. Ağlamaq meni tutdu.

Meşedi Cavad destmalını çıxardıb, yaşarmış gözlerini sildi. Bir de gördü bası üstünde duran ajanbaşının da göz yaşları unun boyuqa düşür. Kövrek sesle davam etdi:

- Gülle sesine gelen Iran efserlerinin çoxusu menim terelimi saxlayıb deyirdi: "Lap yaxşı iş görübsen. O bişereflerıs az qalıb bizim özümüzü de tapdalasınılar." Amma be'zi efserlerimiz amerikalılara küçüklenerek meni söyürdüler: "Köpekoğlu" -deyirdiler. "Bele ağız yetiribsen ki, amerikalıların bayrağına el vurursan. Heç bilirsen ne iş görübsen? Onların bayrağına toxunmaq olar? Axı, senin perçem ile ne işin var? Könülleri hara isteyir qoy sancsınlar da." Bu minvalla serbazlığımı zindanda qurtardım. O vaxtdan and içdim ki, bayramlarda heç vaxt heç yerden bayraq asmayacağam...

Meşedi Cavad sözünü bitirib, gözlerini reisin üzüne dikdi. Ajanbaşı kederle dillendi:

- Qerbe ehvalatdı, Allah baisin evini yıxsın. İndi anladım ki, bu kişi indiyedek ne üçün dükanının qabağından bayraq asmır. Sen deme kişinin derdi varmış.

- Beli, buna bayraq sizliq derdi deyerler. - Dükançı derinden ah çekdi.

Reis ise barmağı ile mizi tıqqıldada tıqqıldada dodlaqaltı soruşdu:

- Nağılın qurtardı? Meşedi?

- Beli, bildi, cenabe reis.

Reis ayağa durdu, pencereden heyete baxdı. Sonra dala döndü üzünü dükançıya tutub dedi:

- Amerika bayrağına nece baxmağın öz işindi. Ancaq İran bayrağını asmadığın üçün on tümen cerime veresen gerek.

- Çeşm, ağaye reis.

Meşedi Cavad evvel elini gözü üstüne qoydu. Sonra bir göy eskinas çıxardıb mizin üstüne aldı

- Buyurun.

- Ağanı yola sal. Bir de sehere baş çek. Ne qeder bayraqsız adam varsa gelir yanıma.

- Baş üste, ağaye reis.

Ajanbaşı dükançının qolundan tutub sevinçle pıçıldadı:

- Gedek Meşedi, yaxşı qurtardın.

Dükançı ile ajan otaqdan çıxan kimi reis eskinası cibine qoyub güle-güle mizi barmaqları ile taqqıldatdı.
Powered by OrdaSoft!