Böyük Qafqaz, Kiçik Qafqaz,-
Qafqaz sıra dağları
bir az da baş daşlarına oxşayır
birce yazısı çatışmır:
“Burda bir xalq uyuyur.”
Bize qul olmağı anamız öyretdi!
İstiden, ya aclıqdan,
ya da qandal kimi beleye
etiraz eleyib ağlayanda,
bir ana laylasıyla susdurulduq
köleliye xoş geldin deyib.
Daram çekilmiş neft boruları
Atamın təzyiqli damarlarına benzeyir.
Üreyine qayıtmırsa,
bes, hara axır bu qan?
Işsiz vaxtlarımda evden çıxanda
Anamın namaz üste
dediyi duaları qoydum cibime
Yolpulu evezi.
“Xalqım, xalqım” deyib
timsah kimi ağlama.
Axıtdığın göz yaşı deyil,
vicdanının gözlerinden
öz sifetine tüpürmeyindir
.“ölerem, elden eger getse veten”
deyenler
uzunömürlü kimi teqaüde düzüldüler
işğaldan sonra.
Canavar südüne
susayıb dodaqlarım
Ergenekondan beri ilk defe
bele yalnızam...
..Qonşumuzdakı Gülöyşe xalanın
bir elini dezgah aparıb
hele sovet vaxtı.
qocalıb indi
bütün bedenini gezir qırışlar.
Gezib her yerini axtarıb tapıb
birce tapa bilmır hemin elini.
O qırışların
o eli axtardığı,
özlediyi kimi
özledim seni, Veten! .

Powered by OrdaSoft!