Güzəl aşiq cövrümüzü,

Çəkəməzsən demədim mi?
Bu bir Riza Loxmasıdır,
Yeyəməzsən, demədim mi?

Yeməyənlər qalır naçar,
Gözlərindən yaşlar saçar,

Bu bir dəmdir, gələr, keçər,
Duyamazsan demədim mi?


Bu aşiqlik bir nemətdir,
Bilənə böyük hikmətdir,
Mənsiz, yaxasız köynəkdir,
Geyəməzsən demədim mi?

Şah Xətayim dər varımız,
Gerçəyə gedər yolumuz,
On İki İmam qatarımız,
Uyamazsan, demədim mi?

Powered by OrdaSoft!