Ya mən əhatə elmükəl-əşya’ə külləha,
Nə ibtida sənə mütəsəvvir, nə intəha.

Kim versə can yolunda, bulur xaki-məqdəmin.
Guya ki, xaki-rahinədir nəqdi-can bəha.

Sənsən qılan məzahiri-ümmidü bim, edib
Musayı elm gənci, əsasini əjdəha.

Səndən bulubdur Əhmədi-mürsəl məqami-qürb,
Təhsini-“Ya’vü “sin” ilə təşrifi-“Ta”vü “ha”.

Yə’qubdə nişaneyi-şövqin qəmü ələm,
Yusifdə nəş’əyi-nəzərin bəhcətü bəha.

Bulmazdı, qəhrin açmasa xani-siyasətin,
“Həl min məzid” löqməsinə duzəx iştəha.

Ya rəb, bəlayi-qeydə Füzuli əsirdir,
Ol bidili bu dami-küdurətdən et rəha.
Powered by OrdaSoft!