Rәvayәt dәnizlәrinin üzgüçüsü,

Hekayәt sәhralarının sәyyahı

Rәvayәt dәnizindә üzәn zaman,

Hekayәt sәhrasını gәzәn zaman,

Bu nәzm ilә belә incilәr düzmüş,

Belә әda ilә xәbәr vermişdir

Ki, bir siması gözәl,

İdrakı kamil vә təbii rәvan,

Şeylәrin nitqini başa düşәn,

Hәr dili anlayan bir adam var idi.

Dördüncü sәmanın padşahı olan günәş

Öz şüalarını alәmә yaydığı zaman,

O şәxs hәr tәrәfә nәzәr salıb,

Yaşıl çәmәnlәri seyrә çıxanda,

Gördü ki, zәmanә başqa cür dövr edir;

Dünya başqa cür bәzәnmişdir.

Onun xәyal qapıları açıldıqda

Gördü ki, ölmüş bitkilәr cana gәldi,

Çәmәnlәrdә başqa büsat quruldu,

Bitkilәr, güllәr öz köynәklәrini yırtdılar,

Әtrafı nəşə bürüdü;

LALӘNİN qәlbinә dağ vuruldu,

NӘRGİZ göz açıb bağa girәndә,

Bu alәmi görüb özünü itirdi;

BӘNÖVŞӘ qibtә edәrәk boyun әydi;

Vә mey nəşəsindən xumarlandı.

QÖNÇӘ dә yaxasını açıb güldü,

BÜLBÜL ona baxıb şadlandı.

Bağı qızılgüllәr doldurduqda,

Bülbüllәr nalәvü fəğanә gәldi.

Xülasә, çәmәnlәr belә bәzәndiyi zaman,

Xoş vә tәzә geyindi yasәmәnlәr.

O pak ürәkli adam, gülşәni

Vә bağı gəzməyә başladı.

O, bir bağa girib

Hәr meyvəyə nәzәr salanda,

Gördü ki, meyvәlәrin hәr birisi

Özünü öyüb fәxr edir:

ALÇA allaha şükür edib belә deyirdi:

-      Dünyada kim mәnә bәrabәr ola bilәr?

Mәn titrәtmә-qızdırmaya şәfa verirəm.

Ağzı acı olana sәfa verirәm.

Kim mәni yesә baş ağrısı keçәr,

Bu fikri hәkimlәr tәsdiq edirlәr.

ALÇA sözlәrini bitirәn kimi,

ALI hirslә özünü yetirdi.

O, ALÇAYA hiddәtlә dedi:

-      Ey zavallı, nә utanmayıb belә

fәxr edirsәn?

Sәn ki turş vә xoşa gәlmәzsәn!

Bütün meyvәlәr içindә sәn әn

xәstә hesab olunursan.

Sәni kim yesә dişlәri qamaşar,

Әhvalı xoş olanların canına rütubәt çökәr.

Kim sәni yesә o,

İflic kimi xәstәliyә tutular.

Allah tәsadüfi olaraq

Mәnә ALI adını qoymamışdır.

Mәn qulağı sırğalı qәlәndәr kimi,

Yüz min tәrәfә qol-budaq atmışam.

Mәn gah yaşıl, gah qırmızı oluram,

Gah al, gah ağ, gah da zəfəran rәnginә boyanıram…

GİLAS onun sәsini eşidib,

Sözünü ağzında qoydu,

Vә hiddәtlә belә dedi:

-      Ey alçaq, yaramaz, utanmırsan?

Hәya atәşinә yanmırsanmı?

Ki, özünü belә tәrifləyirsәn?

Yum ağzını ki, hәddini çox aşdın,

Kim sәni yesә hәll edә bilmәz,

Gәrәk üstündәn üç dәfә bal yeyә.

Amma, allah mәni yaradanda,

Bәdәnimә belә gözәl paltar geyindirdi,-

Heç bir daş-qaş mәnә tay ola bilmәz.

Mәnim bәdәnim kimi bir inci varmı?

Mәn Zöhrә vә Müştәri ulduzları kimiyәm.

Gah mәlәk, gah pәri oluram,

Hәr budağım sәrv ağacı kimidir,

Bütün gözәllәr mәni arzulayar...

QEYSİ bunu eşidib nərə çәkdi,

Dedi:-Gilasa bax a! Gör necә qudurmuşdur?!

Ey zәmanәnin әn alçağı!

Ey qarğaya, sığırçına yem olan,

Nә özünü öyüb fәxr edirsәn?!

Sәn ki bir qәtrә su, bir dә sümük parçasısan,

Kim sәni yesә ancaq ziyan görәr.

Sәni bağbanlar qurutsa iflasa uğrayar,

Buna görә dә dünyaları yaradan,

Mәnә QEYSİ adını vermişdir.

Mәn gah zümrüd kimi yaşılam,

Gah da bәdәnim qızıl kimi parlayır.

Bağbanlar mәni qurutsalar,

Bütün karvan әhlinә yem olaram.

Mәni hara aparsalar әzizlәyәrlәr;

Hәr yemәyә qatsalar yayaram.

Elә ki ALMA qeysidәn bu sözlәri eşitdi,

Hirsindәn cuşә gәldi, dedi:

-      Ey qarnı vәrәmli, sinәsi yırtıq,

Ey paltarı tozlu, torpaq dadı verәn!

Bu xasiyyәtlә nә özünü öyürsәn?

Kim sәni yesә qarnı köpәr,

Özü bәla dәnizindә qәrq olar.

Sәn cürbәcür bәla vә sövda xәstәliyi törәdirsәn,

Sәni yeyәn bu xәstәlikdәn canını qurtara bilmәz.

Amma dünyaları yaradan qadir allah

Meyvәlәri yaradarkәn mәnә ALMA adı qoydu,

O mәnim üzümü qızartdı.

Hәm әynimә atlasdan don geydirdi.

İki sevişәnin arasına mәni mәhrәm etdi,

Heç kәs dünyada mәndәn qabağa keçә bilmәz.

Mәn nazәnin gözәllәrin peykiyәm.

Mәn ayüzlü aşiqlәrin qasidiyәm.

Mәnim vasitәçiliyimә söz ola bilmәz,

Mənalar ifadә etmәkdә mәnә bәrabәr tapılmaz.

Yarın xәlvәt mәclisindә sirr saxlayanam,

Mən məşuqəni aşiqә yetirirәm.

Hәr bir mәclis qurulanda,

Mәni bütün meyvәlәrin tacı edәrәk,

Başqa meyvәlәrә mәhәl qoymazlar.

Alma belә yüz cürә fәxr edәrkәn,

ARMUD meydana atılıb dil açdı:

-      Ey zәmanәnin başına bәla olan,

Ey şeytanın әlindә fәsad alәti olan!-

Sәn fәxr etmәyә layiq olsan da,

Bәs nә üçün sәnә «alma» ad qoyublar?

Sәn yaxşı olsaydın sәnә «al» deyәrdilәr,

Amma, o qadir allah

Mәnә belә gözәl ARMUD adı qoymuş,

Mәnә gözәl xasiyyәtlәr bәxş etmişdir.

Mәni yeyәnlәrә sağlamlıq verirәm.

Hәr xәstәyә şәfa verirәm,

Hәr kәsә mәn gözәllik, sәfa verirәm.

Armud özünü belә tərifləyərkən,

Öz nöqsanlarını görә bilmirdi.

Birdәn, ÜZÜM onun sәsini eşidib,

Bir mәğrur gülüşlә

Armuda dedi:

-      Ey xәstәlikdәn rәngi saralan!

Başının böyüklüyü gücünün azlığını göstәrir.

Sәn özünü belә tәbib adlandırma,

Sәni ancaq xәstәlәr yeyir,

Әgәr sәndә tәbiblik qabiliyyәti varsa,

Әvvәlcә öz başına әlac elә!

Öz xәstәliyini sağalda bilsәn,

Başqa xәstәlәrә dә şәfa verә bilәrsәn.

Amma o qaranlıqları nurә qәrq edәn

Mәnә ÜZÜM adını qoyub,

Özümә dә cürbәcür xasiyyәtlәr bәxş edib.

Xәstәlәrә sağlamlıq verәn dә mәnәm,

Mәn hәm sәbzә, hәm mәvic, hәm dә kişmişәm.

Meyvәlәr içindәәn dadlı mәnәm,

Al şәrabı mәndәn düzәldirlәr.

Ürәklәrә şadlıq vә kef verәn mәnәm.

Mәn vәfa mәclisinin saqisiyәm,

Sәmimiyyәt mәclislәrini bәzәyәn mәnәm.

Turşu ilә yanaşı oturan,

Halva ilә yan-yana qoyulan mәnәm.

HEYVA bu söhbәti eşidib,

Hirsindәn sapsarı oldu.

Üzümә hiddәtlә baxıb dedi:

-      Yum ağzını, dilin qurusun,

Sәnin işin qәm, kәdәr yaratmaqdır,

Bu tərifli sözlәrin öz nöqsanlarını göstәrir.

Axı sәn kiminlә birlәşsәn,

Bir cam mey ilә onu fәrәhlәndirsәn,

Onun şadlığı tez qәmә dönәr.

Dәrdinin üstünә bir dәrd dә sәn qoyarsan.

Hәr kim qadağan olunmuş әәl qoydu,

Dünyada özünü bәdnam edәr.

Onun ağlı da başından oynar,

Cәhalәt әlindәәsir olar.

Dövlәtlilәrin pulu (qızılı) әlindәn çıxar,

Kasıbların hәyası yox olar.

Bütün müşküllәri hәll edәn

Mәnә HEYVA adını qoydu.

Mәndә gözәl rəng vә lәzzәt var,

Mәndә şöhrәtli lәqәb vә ad var.

Mәnim әtrim bağı-bağçanı bürüyәr,

Mәni әzizlәyәrәk tağa-tağçaya düzәrlәr,

Mәni hәr diyara sovqat apararlar.

Mәni gözәllәrә hәdiyyә verәrlәr.

Heyva özünü belә təriflərkən

NARINC heyvaya üz tutub çığırdı:

-      Sus, sus, heç utanmırsan?

Sәnin paxıllıq vә kindәn rəngin saralıbdır,

Mәgәr özündәn heç xәbәrin yoxdur?

Xalq sәnә min tənə vurar,

Dediklәrinin sәnә heç dәxli yoxdur.

Sәnin qarnında qurd var,

Bütün bәdәnin qurdlara yuva olmuşdur.

O təriflərin sәnin özünü mәzәmmәt eylәr,

O sözlәrin özünә lənət oxuyar.

O gecәni-gündüzü yaradan,

Mәnә NARINC adı qoymuşdur.

O mәnә lütflә belә ziynәtli paltar geyindirdi.

Mәn dә öz paltarım vә gözәlliyimlә fәxr edirәm.

Mәnә lütfilә mәmә şәkli vermişdir ki,

Bütün kişilәr mәni ürәkdәn sevsinlәr.

Narıncın sözünü TURUNC kәsib dedi:

-      Ey yaramaz! Sәn donunla fәxr edirsәn?

Eşşәyә dә yaxşı çul örtsәlәr,

O çulda min nәә vә bәzәk olsa da,

Eşşәkliyi yenә dәyişmәz,

Heç vaxt adam ola bilmәz.

Dünyanı yaradan allah

Mәnә TURUNC adı veribdir.

Mәn şahlar tәamı üçün şәrbәtәm,

Yemişlәrin isә padşahı mәnәm.

Bağ meyvәlәrinin adı yazılanda,

başda mәni yazarlar.

Çünki meyvәlәr içindә mәn işıqlı çırağam.

Nә qәdәr özümü tərif etsәm yenә azdır,

Çünki mәn hәmişә yaşıl vә tәzәyәm.

Bu sözlәri NAR eşidib, anlayanda,

Ağzını açıb, gülümsünmәyә başladı

Ki, Narınc geyim vә rənginә görə,

Turunc da yaşıl vә tәzәliyinә görə

özlәrini tәriflәyirdilәr.

Dedi:-Bu boşboğazlıqlar nәyә lazımdır?

Bu arzu vә təriflər faydasızdır.

Әgәr hörmәt vә naz rəngdәdirsә,

Rəngdә kim mәnim gülümә çatar?

Hәr kәs tərifləməli bir şey düşünsә,

Mәndә olan turş-şirinliyi təriflər.

Mәn özümü tərifə ehtiyac görmürәm,

Özümü tәsvir etmәyә dә meylim yoxdur,

Çünki mәn behişt meyvәsiyәm.

Buna görə dә mәnә NAR deyilir.

Bu dünya meyvәlәrilә mәni müqayisә etmәk olmaz,

Mәnim doğulduğum yer cәnnәt bağıdır.

Narınc da, Turunc da mәnim nökәrlәrimdir,

Heyva da, Alma da qulluqçularımdır.

Mәnim hәr danәm bir lələ bәnzәyir,

Bütün cәvahirat ona heyran qalıbdır.

Nar özünü belә tәqdim edәrkәn,

Bağda onun sözlәrini XURMA eşidәn kimi,

Acıqla o dәm ayağa durdu,

Hirslә Nara belә tənə vurdu:

-      Ey behişt bağından dәm vuran,

Mәn sәndәn heç dәәskik deyilәm,

Mәni peyğәmbәrlәr hәvәslә yeyirlәr.

Bütün dindarlar orucu mәnimlә açırlar.

Әcәm vәәrәb ölkәlәrindәәn

mәşhur meyvә mәnәm,

Mәnim әsil-nәsәbim hamıya məlumdur.

Bütün xalq mәnim müştәrimdir.

Misir vә Şam ölkәlәrinә sәfәr edәn mәnәm.

Mәn bütün sevimlilәrin sevgilisiyәm,

Buna görə mәnә bir çox lәqәb qoyublar:

Xәstavi, Zahidi, Müfәttәl,

Əşəmi, Müfәrcәl mәnim lәqәblәrimdir.

Xoş mәnzillәrdә hazıram mәn,

Mәşhәdilәrdәn heç vәqt ayrı olmaram.

Mәni yar mәzarına sürtәrlәr,

Mәni hәr diyara töhfә apararlar.

Elә ki, Xurma öz sözlәrini qurtardı,

Yüz hiddәtlә BADAM dilә gәldi,

Xurmaya dedi:-Ey dünya avarası,

Sәni vurmaq üçün bu beyt kifayәtdir:

Gah bağdadlısan, gah İsfahanlı,

Bütün dünyada bir vәtәnin yoxdur.

Özünü tərif edәndә hәddini aşdın,

Sәnin sözlәrin lap mәni әritdi, sus!

Mәndә cürbәcür xasiyyәt var,

Onları şәrh etmәyә dilim gәlmir.

Axı nәbat, noğul, halva

Mәnim varlığımla әmәlә gәlir.

PÜSTӘ bu sözlәri eşidәndә ağzını açıb,

BADAMA belә sataşmağa başladı:

-      Ey ağzı hәmişә kinindәn bağlı qalan,

Ey üzü pisliklә örtülü olan,-

Sәndә bir zәrrә dә sәxavәt yoxdur!

Amma hәdsiz dәrәcәdә xәsissәn.

Min daş başına dәymәsә,

Qәnnadiyә bir dәnә pay vermәzsәn.

O qaranlığı, işığı yaradan,

Mәnә Püstә adı qoyubdur.

Mәn qönçә kimi ağzımı açıram,

Hәr mәni istәyәnә dәnәmi tәhvil verirәm.

Bu sözlәri HÜLÜ, ŞAFTALI, İYDӘ,

ŞABALID, FINDIQ, İNNAB, TUT,

ALBALI, ӘNCİR, ZOĞAL, QOZ, LUMU,

GİLӘNAR eşidib hәr biri başqa cür

Әfsanә ilә özünün üstünlüyünü

Sübuta çalışdı...

O xoş sifәtli kişi nәzәr salanda

Gördü ki, bağda böyük bir qovğa var.

O, gәlmişdi bu bağı seyr edib,

Lәzzәt alaraq bir az dincәlsin.

Gördü ki, bağda bu qovğa içində

lәzzәt vә rahatlıq yoxdur.

Fikrini dәyişib geri döndü,

Evә getmәk istәrkәn yolu

bostandan düşdü.

O, bostanı da belә iğtişaşda gördükdә,

Az qaldı bütün dünyadan әl çәksin.

Çünki, XİYAR allaha şükr edәrәk

Deyirdi: Mәn dünyada әn haziq hәkim yarandım,

Mәni yeyәn xәstәnin hәrarәti keçәr.

Mәnim tərifim üçün bu beyt kifayәtdir:

Mәn qızdırmanın dәrmanıyam,

Bütün ağrılara şәfa verirәm...

GӘRMӘK Xiyardan bu sözü eşitcәk

Dedi:-Ey cәfakar!

Bu tərif sәnә heç yaraşmır,

Sәndә lәzzәt deyilәn şey yoxdur,

Dadın camış әtinin dadına bәnzәyir.

Sәnin özünә çıxdığın sifәtlәr

Tәkcә mәnә aiddir.

Xәstәlәrә şәfa,

Ürәklәrә sәfa verәn mәnәm.

Hәr xörәklә mәn uzlaşıram,

Hәr cür mәzac ilә müvafiqәm.

Gәrmәk daha yüz әfsanә deyib susanda,

QARPIZ cuşә gәlib,

Dәrya kimi tәlatüm etdi,

Nərə çәkib dedi:

-      Bu xasiyyәtlәr mәgәr mәndә yoxdur?

Mәn sinәlәrә sәfa verirәm,

Mәn gözlәrә cila verirәm.

Sәfrayә, qızdırmaya dava mәnәm,

Baş ağrısını dәrhal aparıram.

Dadım lәzzәtli, rəngim al-qırmızı,

Suyum isә Kövsәr suyu kimidir.

Xәstәlәri mәn sağaldıram,

Bütün naxoşluqları aparan mәnәm, mәn.

Qarpız hәlә dә özünü təriflərkən

QOVUN tab gәtirmәyib çığırdı.

Çünki o, Qarpızı özünə vәzir etmişdi,

Gәrmәyә dә vәkillik vәzifәsi tapşırmışdı.

Xiyarı o, özünә qapıçı qoymuşdu.

Şamamanı qarşısında qulluqçu tәyin etmişdi,

Tez bostançıya әmr edib

Onların hamısına cәza verdirdi

Әvvәlcә Xiyarın dərisini soydurdu,

Vәәlindәn bütün ixtiyarını aldı.

Gәrmәyә bir neçә yara vurdurub,

Cismini parça-parça elәtdirdi.

Qarpızı dәrhal şaqqalatdırdı,

Şamamanı da bir kәnara atdırdı.

Vә dedi:

-      Mәnәm bu bostanda sizin padşah,

Siz mәnim pәnahım altındasınız,

Şahların mәclisindә başda

mәn otururam.

Bütün meyvәlәrin sәrkәrdәsi mәnәm,

Hәr kәs mәni yeyib vәfat etsә,

O, şәhid hesab olunar.

Әtrim dә müşk әtrinә bәnzәr,

Bәlkә ondan da artıq xoş әtrim var...

Xülasә, bostanda Qovun özünü

o qәdәr təriflədi ki,

Hirsindәn, hikkәsindәn bağrı çatladı...

Bütün bunları görən o xoşsifәtli kişi,

Bostana da tamaşa etmәk istәmәdi...

Başa düşdü ki, bu dünyada dilxoşluq yoxdur…

Ona görə dünyanın lәzzәtindәn әl çәkdi,

Yәqin etdi ki, bu dünya işi nizamsızdır,

Heç kimsәyә etibar yoxdur,-

Birisi tac sahibi,

O birisi ona möhtacdır.

Allah Leyliyә gülrəngli yanaq bәxş edib ki,

Qeys onu görəndә Mәcnun olsun.

Yusifә elә bir gözәllik verib ki,

Züleyxa dәrdә mübtәla olsun.

Әzrayә elә bir hüsnü-vәcahәt verib ki,

Vamiqi ona әsir etsin.

Bu köhnә evin vәfası yoxdur,

Onun dәrdi-qәmi, cәfası çoxdur...

Powered by OrdaSoft!