Gül açılanda yaz olur, bəh-bəh-bəh
Kədərim, qəmim az olur, bəh-bəh-bəh
Gözəldə işvə-naz olur, bəh-bəh-bəh
Gəl-gəl, gözəl yar, sevirəm səni

Yarın bağında şirin olur üzüm
Sənin ayrılığına necə dözüm
Sənə qurban olsun bu iki gözüm
Gəl-gəl, gözəl yar, sevirəm səni

Bülbül bağlarda səs salır cəh-cəh-cəh
Güllərin ətrini alır, bəh-bəh-bəh
Musiqi səsi ucalır, cəh-cəh-cəh
Gəl-gəl, gözəl yar, sevirəm səni

Powered by OrdaSoft!