Biri var idi, biri yox idi. Bir kənddə bir nənə və nəvə yaşayırdı. Nəvənin boyu çox balaca olduğundan onu Cırtdan adlandırırdılar.

     Nənə bunu bildiyinə görə daima onun qayğısısna qalır, onun yoldaşlarının yanında eyni vəziyyətdə olması üçün əlindən gələni edirdi. Günlərin bir günü Cırtdan öz yoldaşları ilə birlikdə quru odun yığmağa getməli olur. Nənə bu işin çətin və fiziki güc tələb etdiyini bildiyindən Cırtdanın bütün dostlarını evə dəvət edir. Əvvəlcədən gələnlərin hamısı üçün yağ yaxmacı hazırlayır. O Cıtdanın dostlarına müraciət edib bildirir ki, onlar Cırtdana hər işində kömək etsinlər. Nənə isə hamıya meşədə işləyib yorulduqdan sonra istirahət edərkən yeməyə yağ yaxmacı verəcək. Bundan sonra nənə hamıya eyni böyüklükdə olan yağ yaxmaclarını paylayır. Sonra Cırtdan öz dostları ilə birlikdə meşəyə yola düşürlər. Burada quru odun yöğan dostlar fasilə vaxtı yağ yaxmacını da yeyirlər. Başları işə qaröşdığından nə vaxt qaranlıq düşdüyünün fərqinə varmırlar. Gec qaldıqlarını anlayaraq tez yola çıxırlar. Gec olduğu üçün yolu azırlar. Bir xeyli meşənin içində yol axtardıqdan sonra iki yol ayrıcına rast gəlirlər. Yolun birinin ucunda işıq gəlir, digərindən isə it hürüşməsi eşidilirdi. Dostlar hansı yol ilə gtemələrini müzakirə edirlər. Uşaqların çox hissəsi it hürən tərəfə getməyi təklif edirlər. Cırtdan onları inandıra bilir ki, gecə bu təhlükəlidir. Onlar balaca olduğundan itlər onları tanımayaraq parçalaya bilər. Ona görə də işıq gələn tərəfə getmək lazımdır. Dostlar bir müddət işıq gələn tərəfə getdikdən sonra çay kənarında böyük bir evə rast gəlirlər. Onlar bu evin kimə məxsus olduğunu öyrənmək istəyəndə qalın meşədən div çıxır və onları əsir alır. Div onları evin bir küncündə qəfəsdə yerləşdirir. Uşaqlar hamısı ağlayaraq qorxudan özlərini itirirlər. Cırtdan onlara ürək-dirək verərək bildirir ki, onlar birlikdə olsalar ağılla hərəkət etsələr divin əlindən qurtula bilərlər. Cırtdan dostları ilə razılaşır ki, ağlyaraq səs-küy salsınlar. Bu səs-küy yatmağa hazırlaşan divin diqqətini cəlb edir. Div qəfəsə yaxınlaşaraq niyə onların səs-küy salmasını soruşur. Cırtdan bildirir ki, o hər gecə yatmazdan qabaq nənəsinin danışdığı nağıla qulaq asır və sonra yatır. Nağıl olmasa o yata bilməyəcək. Div onların ağlayaraq qorxu və həyəcandan arıqlaya biləcəklərini düşünərək bu gecəlik onların istəklərini yerinə yetirməyə qərara alır. Beləliklə div onlara nağıl danışır. Nağıl bitdikdən sonra o uşaqların yatdıqlarını zənn edir. Uşaqlar onun uzaqlaşdığını hiss edib yenidən səs-küy saldılar. Yatmaq istəyən yorulmuş div əsəbi şəkildə yenidən geri qayıdır. Cırtdandan soruşur ki, o yenə nə istəyir. Cırtdan cavab verir ki, nənəsi hər gün yatmamışdan qabaq çaydan təzə və təmiz su gətirib ona verir. O içdikdən sonra yatırmış. Div suyu nə ilə gətirmək mümkün olacağını fikirləşəndə əvvəlcədən evin içərisində böyük xəlbiri görən Cırtdan hazırcavablıq edib  suyu həmin xəlbirlə gətirmək mümkün olduğunu bildirir. Div təklifin necə olduğuna fikir verməyərək xəlbiri götürüb çaya qaçır. Hər dəfə o suyu götürüb evə doğru qaçanda artıq yolun ortasında su xəlbirdən axıb yerə tökülürdü. Və hər dəfə div çaya qayıtmağa məcbur olurdu. Bu vəziyyətdən istifadə edən Cırtdan boyu balaca olduğuna görə qəfəsdən çıxır, açarı tapıb yoldaşlarını azad edir. Onlr gizlicə çayın dayaz yerindən digər sahilə keçə bilirlər. Bu vaxt onları görən div onların ardınca qaçmaq üçün çayın sahilinə gəlir. Lakin çayın dayaz yerini unutduğundan Cırtdanı səsləyib çayı necə kecdiklərini soruşur. Cırtdan bildirir ki, Div böyük və ağır dəyirman daşını tapıb boğazına keçirsin çünki, belə olanda çayı keçərkən su onun boğazına dolmaz. Bele deyib qaçaraq dəyirman daşını tapıb boğaszına keçirir və özünü çaya atır. Bu zaman Cırtdan və dostlar artıq meşənin içərisindən keçərək səhəririn açılmasına görə yolu tapıb evlərinə gedirlər.

     Burada nağıl başa çatdı. Göydən üç alma düşdü, Biri mənim, biri özümün, biri də Nağıl danışanın.

 

Powered by OrdaSoft!