Şamçızadə Əli Məşədi Yəhya oğlu – şair, publisist, 1934-cü ildən AYB-nın üzvü. 
     1886-cı ildə Azərbaycanın Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. Rus-tatar məktəbində təhsil almışdır. Sovet hakimiyyəti illərində «Yeni Gəncə», «Qızıl talış» (Lənkəran), «Mədəni hücum (Bakı) qəzet və jurnallarında məsul katib, redaktor işləmişdir. Firdovsinin «Şahnamə»sindən tərcümələr etmişdir. Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin məsul katibi seçilmişdir (1934). 
     «Dabanıçatdax xala və heyvərə» (1912), «Dabanıçatdax xala» (1936), «Seçilmiş əsərləri» (1936), «Nalələrin, fəqanların» (1992) kitablarının müəllifi olmuşdur. 
      Cəza tədbirləri illərində həbs olunmuş, ölüm hökmü verilmişdir.

Powered by OrdaSoft!