Ağahüseyn Əli oğlu – şair, publisist, 1934-cü ildən AYB-nın üzvü.
     1884-cü ildə Azərbaycanın Bakı quberniyasının Balaxanı qəsəbəsində anadan olmuşdur.İbtidai təhsilini mədrəsədə almış, üç ildən sonra neft mədənlərində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1904-cü il dekabr nümayişləri ərəfəsində Balaxanı təhsil komitəsi tərkibinə seçilmişdir. İstedadlı proletar şairi və publisist kimi kəskin siyasi məqalələri və əsərləri ilə fərqlənmişdir. Onun poeziyasında vətəndaşlıq pafosu güclü idi. 1917-ci il fevral inqilabından sonra RSDFP Balaxanı rayon komitəsi tərkibinə seçilmişdir. Balaxanı rayon şurası İcraiyyə Komitəsinin müavini, sonra sədri olmuşdur. Bakı sovetinə üzv seçilmişdir.
      Bir sıra məsul partiya və sovet vəzifələrində çalışmışdır (1928-1933). Şuşada «Azərbaycan ədəbiyyatı cəmiyyəti» şöbəsinə başçılıq etmişdir. Azərbaycan Yazıçılar İttifaqının yaradıcılarından biri olmuşdur. Həyatının son dövrlərində «Yeni yol» qəzeti redaksiyasında redaktor müavini işləmişdir.
     «Nöqsanlarımız» (1911), «Muzdur» kitablarının müəllifi olmuşdur.
     1938-ci il cəza tədbirləri dövrünün qurbanı olmuşdur.

Powered by OrdaSoft!