Xatırlarmısan ki, orda bir zaman
Səninlə diləyə erdim*, gözəlim…
Sən məndən yadigar bir sey istədin,
Qoparıb qəlbimi verdim, gözəlim.
Məni qəbrə qədər götürsün deyə,
Zəhərmi qatmısdın sundugun meyə?
Mən lənət oxudum sənsiz hər seyə,
Mən hər şeydə səni gördüm, gözəlim…
Mugan yaylasında, göy Mil düzündə,
Axdı qanım damla-damla izində,
Gəl vəfa qıl, sən də bir dur sözündə,
Mən sözüm üstündə durdum, gözəlim…
Kəbəm oldun, mehrabına diz qoydum,
Xızrım oldun, dərgahına göz qoydum,
Qərib düşdüm, torpagına üz qoydum,
Bir sormadın nədir dərdim, gözəlim?
Hara getsəm arxamda bir ahım var,
Varıb baş qoymaga bir dərgahım var,
Əlbət ki, mənim də bir Allahım var,
Gün gəlir hürr olur yurdum, gözəlim…

Powered by OrdaSoft!