Qızılgül:

Mən şahıyam qönçələrin, güllərin,
Ən gözəl istəklisi bülbüllərin.
Mən hamıdan yaxşı yaraşıqlıyam,
Sevməliyəm, ətrə bulaşıqlıyam,
Fəxr edərəm halətimə, həngimə,
Qırmızı yarpaqlarıma, rəngimə.
Bağı tutar ətri-dəhanım mənim,
Eybi nədir varsa tikanım mənim?!

Ağ zanbaq:
Əldə mənim ağ qədəhim. vardır,
Ağzınadək ət ilə sərşardır.
Var arıdan ötrü qızıltək tozum,
Boyda-buxunda da qəşəngəm özüm.
Gərçi uzundursa mənim yarpağım,
Yoxdu yenə lovğalığım, azmağım.
Həm kəpənək, xırda qarışqa yenə,
Gündə gələrlər, sığınarlar mənə.

Şəbbu:
Gər yox isə sevməli rəngim mənim,
Şux deyildirsə də həngim mənim,
Ətrim uzaqdan bürüyür aləmi,
Valehü heyrən eyləyir adəmi.
Xalq deyər çün hamı şəbbu mənə,
Fəxr üçün, əlbəttə, yetər bu mənə.
Mən üməralar bağının malıyam,
Güllər arasında tamaşalıyam.

Powered by OrdaSoft!