Həsrətim elə yanır ki,
Alovu yağış istəyir –
Şeytan yaman xəstələnib,
Dərmana qarğış istəyir.
 
Fikir enli cığırsa dar,
Aşır dolu arabalar,
Boş qalıbdı xarabalar
Hər biri bayquş istəyir.
 
Yersizlər yerə yer “atır”,
Ərsizlər dula ər atır,
Cənnət bəxtimə zər atır
Cəhənnəm uduş istəyir.
Powered by OrdaSoft!