Göydən kiçik görsənirəm,

 Onunçün dağa çıxmışam…
 At üzündən, göy üzünü,
 SƏNə baxmağa çıxmışam…

“Can” demişəm, “ox” demisən,
“Ah” demişəm, “of” demisən..
O qədər “yox”, “yox” demisən…
Yox olub, yoxa çıxmışam…
 
*** 
Yaxşılar, tez köçür fani dünyadan,
Nə pis ki,həyatda hələ varam mən...
Gözümün yağışı qurumayır ki,
Səni damla-damla unuduram mən..
 
Ay da pəncərəmdə közərən kimi,
Bir gün də ömrümdən üzülən kimi,
Buzlar sürahidən süzülən kimi.
Səni damla damla unuduram mən..
Powered by OrdaSoft!