Heyderbaba, geldim seni yohlayam,
Bir de yatam, qucağında yuhluyam,
Ömrü qovam, belke burda haklıyam,
Uşaqlığa deyem: bize gelsin bir,
Aydın günler, ağlar üze gülsün bir.

Heyderbaba, çekdin meni getirdin,
Yurdumuza yuvamıza yetirdin,
Yusifivi uşaq iken itirdin,
Qoca Ye'qub, itmişsem de tapıbsan,
Qavalayıb qurd ağzından qapıbsan.

Gedenlerin yeri burda görünür,
Kanım nenem ağ kefenin bürünür,
Dalımcadır, hara gedim sürünür:
- Bala geldin? Niye bele gec geldin?
Sebrim senle güleşdi, sen güc geldin.

Men gördüyüm kervan çatıb,
Köçübdü, ayrılığın şerbetini içibdi,
Ömrümüzün köçü burdan keçibdi,
Keçib gedib geder - gelmez yollara,
Tozu qonub bu daşlara, kollara.

Burda şirin katireler yatıblar,
Daşlarılan başı - başa çatıblar,
Aşnalığın daşın birden atıblar,
Men bakanda qavzanırlar, bakırlar,
Bir de yatıb yandırırlar, yakırlar.

Qebilemiz burda qurub ocağı,
İndi olmuş qurd - quşların yatağı,
Gün batanda, söner bütün çırağı,
"Ve beledeti leyse leha enisu
İllel yeafire ve illel - isu."

Zaman keçir, ufuqlerde toz qalır,
Kervan kimi uzaqlarda toz salır,
Duman gelir,ürekleri çulğayır,
Ürek deyir: Zaman, keçme, amandır!
Keçenlerde gözüm var, bir dayan, dur.

Rûzigarın deyirmanı fırlanır,
Mekluq onun dişlerine tollanır,
Bak ki yene beşer nece allanır,
Hemişelik şadlıq umur özüne,
Qebri görür, toz qondurmur üzüne.

Köhnelerin sür - sümüyü dartılıb,
Qurtulanın çul - çukası yırtılıb,
Molla İbrahim lap eriyib, qurtulub,
Şeykulislam sehman qalıb, qıbrakdı,
Novruzeli qaçaq keçib, qoçaqdı.

Ahılların yetmiş kefen çürüdüb,
Cahılları dünya qemi kiridib,
Qız - gelinler et - canların eridib,
Rekşendenin neve tutub elini,
Neneqızın kürekeni, gelini.

Çok şükür var, yene gelduk, görüşduk,
İtenlerden, bitenlerden soruşduk,
Küsmüşduk da, allah qoysa, barışduk,
Bir de görüş qismet ola, olmaya,
Ömürlerde fürset ola, olmaya.

Burda keyal meydanları genişdi,
Dağlar, daşlar bütün menle tanışdı,
Görcek meni Heyderbaba danışdı:
- Bu ne sesdi, sen aleme salıbsan,
Gel bir görek özün harda qalıbsan?

Kecaveyle bu çaydan çok keçmişik,
Bu çeşmelerden ne sular içmişik,
Bu yoncalıqlarda kesib biçmişik,
Çepişleri qıdıklayan günlerim,
Çepiş kimi oynaklayan günlerim.

Bu kermende 'adankır'ynardıq,
Comalaşıb qarışqa tek qaynardıq,
Yavaş - yavaş bakçalara ağnardıq,
Ağaclardan çilincağac keserdik,
Qoruqçunun qorkusundan eserdik.

Bu tövlede sarı inek doğardı,
Kanım nenem inekleri sağardı,
Ana iysi dam - duvardan yağardı,
Men buzovu qucaqlardım, qaşmasın,
Deyerdi: - Bak, bayda dolsun, daşmasın.

Bu damlarda çoklu cızıq atmışam,
Uşaqların aşıqların udmuşam,
Qurquşumlu saqqa alıb - satmışam,
Uşaq nece heç zadınan şad olar,
İndi bizim qemi tutmur dünyalar.

Mekteb qalır, uşaqlar ders alırlar,
hey yazırlar, hey pozurlar, yalırlar,
Molla İbrahim özü, evi qalırlar,
Amma bizim yoldaşlardan qalan yok,
Bunlardan bir bizi yada salan yok.

Bir vaktında bu mekteb pergar idi
Bir Müseyyib, bir Memdesen var idi,
Biri kelfe, biri verzişkar idi,
Akund bizle oynamağa gederdi,
Özü bize oynamaq öyrederdi.

Dedim, balam, o Memdesen nolubdu?
Me'm oldu tifil cavan ölübdü
Ne var, burnundan qan gelibdi,
Bir yel esir, bakırsan Memdesen yok,
Bu kendde bir burun qanı kesen yok.

Dedim, deyin Müseyyibe ne geldi?
Qulam gördüm, ağlar göz ile geldi,
Dedi: O da bahalıq düşdü, öldü,
Dedim, yazıq bizle hasıl bölenler,
Bitmeyende aclarından ölenler.

Bu mektebde, şe'n şehdin dadmışam,
Akundun ağzından qapıb, udmuşam,
Qahdan da bir Akundu aldatmışam,
- Başım ağrır, - deyib, qaçıb getmişem,
Bahçalarda gedib gözden itmişem.

Azad olanda mektebden çıkardıq,
Hücum çekib bir - birini sıkardıq,
Yolda her ne geldi, vurub yıkardıq,
Uşaq deme, ipin qırmış dana de,
bir dana da deme, elli dana de.

Melikniyaz, itgin gedib yok olub,
Emiraslan, sekte ile yıkılıb,
Here qaçıb bir derede sıkılıb,
Çörek qemi çıkıb kalqın ayına,
Her kes qalıb öz canının hayına.

Kendli yazıq çıraq tapmır yandıra,
Görüm sizin berqiz qalsın andıra,
Kim bu sözü erbablara qandıra:
Nedir akır bu milletin günahı?
Tutsun sizi, görüm, mezlumlar ahı!

Her ne alır, baha verir qiymeti,
Ucuz feqet ekinçinin zehmeti,
Bitenden artıq biçenin ücreti,
Kend uşağı gedir yolda işleye,
Orda belke qendi tapa, dişleye.

Kendli gelin kimi dünyanı bezer,
Öz övreti yamaq - yamağa düzer,
Eyne bezer kalqı, özü lüt gezer,
İndi de var çarşabları albaqdı,
Uşaqların qıç - paçası çılpaqdı.

Bu bakçada aş teresi ekerdik,
Hey su açıb kerdiye göz dikerdik,
Çıkmaq hemin derib, aşa tökerdik,
Finqılışlar qaşıqlardan aslanı,
Yağlı desem, quru ağzın islanı.

Bu döşlerde, quzuları yayardıq
Akmasınlar ulduz tekin, sayardıq,
Quşqovanı çekib daşa dayardıq,
Quşqovan da ele bil ki,qabandı
Qurd uzaqdan deyir bes ki, çobandı.

Kanım nenem nakoş olan il idi,
Qış var iken külek idi, yel idi,
Qış da çıkdı, yağış idi, sel idi,
Yük - yapını hey çatırdıq ki, gedak,
Sel çımkırıb, mecbur idik geyidak.

Neysan düşdü, biz de düşdük yağışa,
Kim bacarar seller ile boğuşa?
Hey deyirdik, belke yağış yığışa,
Balakişi faytonçumuz gelmişdi,
İmamiyye qehvesinde qalmışdı.

Bu zemide gedib, gözden iterdik,
tonqal qurub, sütülleri üterdik,
deyib gülmek muradına yeterdik,
el de gülsün, muradına yetişsin,
üreklerin yaraları bitişsin.

Kelverçiler burda kelver daşırdı,
Bu küllükden ulaqlar dırmaşırdı,
Seller kimi, ne't aşıb - daşırdı,
Her iş deyeydin her kime, görerdi,
Can dermanı isteseydin vererdi.

İndi beşer ac qurd tekin durukub,
Çömbelenti göz qıcırdıb durukub,
Bakırlar ki, görsünler kim sınıkıb,
Tökülsünler onun leşin yırtsınlsr,
Here bir diş ensesinden qırtsınlar.

Heyderbaba, sende defineler var,
Dağlar vediesi kezineler var,
Amma sene benzer de sineler var,
Bu sineler dağlar ile danışır,
Dağlar kimi göyler ile qonuşur.

Gör hardan men sene saldım nefesi,
Dedim qaytar sal aleme bu sesi,
Sen de yakşı simurq etdin megesi,
Sanki qanad verdin yele, nesime,
Her terefden ses verdiler sesime.

Heyderbaba, seni veten bilmişdim,
Veten deyib, baş götürüb gelmişdim,
Seni görüb göz yaşımı silmişdim,
Halbuki, lap qemli qurbet sendeymiş,
Qara zindan, acı şerbet sendeymiş.

Kim qaldı ki, bize buğun burmadı,
altdan - altdan bize kelek qurmadı,
bir merd oğul bize havar durmadı,
şeytanları qucaqlayıb gezdiz siz,
insanları ayaqlayıb, ezdiz siz.

Divar ucaldı, gün bize düşmedi,
Zindan qaraldı, göz - gözü seşmedi,
Gündüz gözü menim lampam keşmedi,
Sel de basdı, evimiz dolub göl oldu,
Çok yazığın evi çönüb çöl oldu.

Evvel başı menden istiqbal etdiz,
Sondan çönüb işimde iklal etdiz,
Öz zennizce ustadı iğfal etdiz,
Eybi yokdur, keçer geder ömürdür,
Qış da çıkar, üzü qara kömürdür.

Menim yolum mehebbet caddesiydi,
Son sözlerim haqqın iradesiydi,
Mehebbetin risalet ve'siydi,
Yoksa mende bir kes ile qerez yok,
Siyaset adlı mende bir merez yok.

Haqq ne deyir? Küfre qarşı getmeyiz,
Nurdan çıkıb, zülmet içre itmeyiz,
Fırıldağa fırfıratek bitmeyiz,
Gördüz de ki, olmadı küfrün dibi,
Pul da verse, almağa tikmiş cibi.

Şeytan bizim qiblemizi çönderib,
Allah'a deyen yoldan bizi dönderib,
Ilanlı çeşmeye bizi gönderib,
Minnet qoyur ki, arkınız nehr olub,
Biz görürük sular bize zehr olub.

Heyderbaba, gileylikden ne çıkar?
Zülmün evin sebrü tehemmül yıkar,
Derviş olan sebrin elin berk sıkar,
Gel qayıdaq, çıkaq ağa düzüne,
Keçek yene mehebbetin sözüne.

Deyne uşaq bir - birile saz olsun,
Belke bu qış bir de çönüb yaz olsun,
Çay, çemenler ördek olsun, qaz olsun.
Biz de bakıb ferehlenib bir uçaq,
Sınıq - salkaq qanadları bir açaq.

Bu bakçadan alçaları dererdik,
Qış adına çıkıb damda sererdik,
Hey de çıkıb yalandan çöndererdik,
Qış zumarın yayda yeyib doyardıq,
Bir küllü de minnet kalqa qoyardıq.

Evler qalır, ev sahibi yok özü,
Ocaqların ancaq işıldır közü,
Gedenlerin az - çok qalıbdır sözü,
Bizden de bir söz qalacaq, ay aman!
Kimler bizden söz salacaq, ay aman!

Bizden sonra kürsülerin tovunda,
Kendin nağıllarında, söz - sovunda,
Qarı nenenin çakmağında, qovunda,
Heyderbaba özun qatar sözlere,
İçki kimi kumar verer gözlere.

Aşıq deyer: Bir nazlı yar var imiş,
Eşqinden odlanıb yanar var imiş,
Bir sazlı, sözlü Şehriyar var imiş,
Odlar sönüb, onun odu sönmeyib,
Felek çönüb, onun çarkı çönmeyib.

Heyderbaba, alçaqların köşk olsun,
Bizden sora qalanlara eşq olsun,
Keçmişlerin, gelenlere meşq olsun,
Evladımız mezhebini danmasın,
Her içiboş sözlere aldanmasın!
Powered by OrdaSoft!