Mən anamı çox sevirəm
Oyuncaqlar almasa da.
Mən anamı çox sevirəm
Məni yada salmasa da.
Bu nə duyğu, bu nə hissdir?
Desələr də anam pisdir
Mən anamı çox sevirəm
O bunu anlamasa da.
Deyirlər ki, məni atıb,
Bəlkə xəstə olub onda
İllərlə yataqda yatıb?
Qoy sağalsın, sizə inad
Quş kimi açaraq qanad
Dönəcək bir gün yanıma.
Alıb məni qollarına
Siləcək göz yaşlarımı,
Çatıb qara qaşlarını
Lay-lay söyləyəcək mənə,
Sığallayıb tellərimi
Bənzədib gülə-çəmənə
Oxşayıb sevəcək məni.
Dadlı yemək bişirəcək
Mənim üçün, mənə görə,
Əlleriylə yedirəcək...
Axı niyə, nəyə görə
Bəlkə məni heç sevməyən
Anamı mən çox sevirəm?
Dözməyir daha urəyim,
Görəsən o necə dözür?
Xoş deyilmi ona duymaq
“Mənim anam”, “ana” sözün?
Məgər daşlaşırmıs ürək
İnsan oğlu böyüdükcə?!
Elə isə dursun zaman
Mən boyumək istəmirəm!
O sevsə də, sevməsə də
Anamı mən çox sevirəm!


Слушать радио Uzbek_4U


Powered by OrdaSoft!